Qazaxıstanın paytaxtı Astanada bank şöbəsinin bir qrup əməkdaşı silahlı şəxs tərəfindən girov götürülüb. Yerli polisin məlumatına görə, “Kaspi Bank” filialının binasında maliyyə təşkilatının əməkdaşları, ziyarətçilər və bir silahlı şəxs var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, girov götürənlə peşəkar danışıqçılar danışıqlar aparırlar.
Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, işğalçının yeddi girovu var. Hadisə yerində “Arlan” xüsusi təyinatlı dəstəsinin əməkdaşları gətirilib.
Hələ ki, hərbçilər danışıqlara görə, xüsusi əməliyyata cəlb edilməyiblər.
Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti vətəndaşları sakit olmağa və yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırır.
Sosial şəbəkələrdə terrorçunun 30 yaşlı kişi olduğunu yazırlar. O, bankın bütün vəsaitlərinin əlil uşaqlara, yoxsullara və imkansızlara kömək etmək üçün bir fonda yönəldilməsini tələb edib. Həmin şəxsin narkomaniya ilə qeydiyyatda olması barədə də məlumat var.
...Bu arada Astanada, “Kaspi bank”ın filialında silahlı şəxs tərəfindən əsir götürülən girovların azad edildiyi deyilir.
Təsdiq olunmayan məlumata görə, qeyd etdiyimiz kimi, girov götürən şəxs bankın bütün aktivlərinin əlil uşaqlara, kasıblara və imkansızlara verilməsini tələb edib. O, yeddi qadını və bir mühafizəçini öldürməklə hədələyərək üç saat vaxt vermişdi.
Bu arada jurnalistlər hücum edənin adının Əlixan Muradov olduğunu bildiriblər. Deyilənə görə onun bu bankda cüzi krediti var.
...Əməliyyat zamanı bankın ətrafı mühasirəyə alınıb, xüsusi təyinatlılar əraziyə cəlb edilib. Bank filialının yerləşdiyi binanın sakinlərindən mənzillərini tərk etmələri xahiş olunub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB