Artıq iyunun 13-dən etibarən Çin Bankı Rusiya bank müştərilərinin Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və İsveçrəyə yuan köçürmə imkanlarını məhdudlaşdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RBC yayımlayıb.
Beləliklə, Rusiya banklarından birinin nümayəndəsinin sözlərinə görə, “Bank of China” müxbir hesablar vasitəsilə təkcə yuanla deyil, həm də ABŞ dolları, avro və Honq-Konq dolları ilə vəsait köçürməsini dayandırıb.
RBC həmsöhbətinin sözlərinə görə, məhdudiyyətlər ikinci dərəcəli sanksiyalar riski ilə bağlıdır.
Rusiya bank sektorunun nümayəndələri hesab edirlər ki, ruslar üçün məhdudiyyətlər barədə qərar Çin tərəfindən deyil, ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən Rusiyanın Ukraynaya hücumundan sonra ona qarşı tətbiq edilən məhdudiyyətlər fonunda verilib.
Ekspertlər, Avropa İttifaqı və ABŞ-da Çin valyutası ilə edilən köçürmələrin payının yuanla olan ümumi köçürmələr arasında kiçik olduğunu qeyd edirlər. Qeyd edilir ki, bu cür əməliyyatlar özəl investorlar və ya biznes nümayəndələri tərəfindən istifadə edilə bilər.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya iqtisadiyyatının Qərb ölkələrinin görünməmiş sanksiya təzyiqinə məruz qaldığını xatırlatmağa məncə ehtiyac yoxdur. Yeri gəlmişkən Avropa İttifaqı özəl banklara qarşı məhdudiyyətləri onların dövlətə “əhəmiyyətli gəlir” verməsi və iqtisadiyyatda mühüm rola malik olması ilə izah edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB