Burkina-Fasoda 10-a yaxın insan ölüb

Burkina-Fasoda 10-a yaxın insan ölüb

Burkina-Fasonun qərbindəki Tyui əyalətində silahlıların hücumu nəticəsində 10-a yaxın adam ölüb, daha bir neçə nəfər yaralanıb. SİA-nın məlumatına görə, bu barədə “Agence France-Presse” təhlükəsizlik mənbələrinə istinadən xəbər yayıb.

"Dünən gecə silahlı şəxslər Sara kəndinə hücum ediblər. Təəssüf ki, 10-a yaxın insan ölüb, daha bir neçə nəfər yaralanıb", - mənbə agentliyə istinadən yazıb.

Yerli sakinlərdən biri hücum zamanı ümumilikdə 11 nəfərin öldüyünü bildirib.

Aprel ayında Burkina-Faso hakimiyyəti radikal silahlılarla mübarizə üçün ümumi səfərbərlik elan edib. Afrikanın Saxel bölgəsində yerləşən ölkə 2015-ci ildən bəri davam edən hücumların qarşısını almağa çalışır.

Rəsmi hesablamalara görə, ölkənin təxminən üçdə biri hökumətin nəzarətindən kənardadır.

Bütün xəbərlər Facebook səhifəmizdə