Pakistanda ağır qəza olub - 12 ölü, 24 yaralı

Pakistanda ağır qəza olub - 12 ölü, 24 yaralı

Pakistanın İslamabad-Lahor şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA "Geonews"a istinadən xəbər verir ki, əyləc sistemi işləməyən avtobus qəzaya uğrayıb.

Qəza nəticəsində aralarında qadın və uşaqların da olduğu 12 nəfər ölüb, 24 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və axtarış-xilasetmə qrupu göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə