Bu arada Ali Radanın keçmiş deputatı İlya Kiva öz Telegram kanalında Ukrayna Dövlət Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun mümkün ölümünü açıqlayıb.
Onun sözlərinə görə, Budanov özünə gəlmədən dünyasını dəyişib.
SİA sabiq deputata istinadən bu barədə Ukraynanın Almaniyadakı səfirliyindən məlumat daxil olduğunu bildirir.
Kiva qeyd edib ki, Kiyev indi bu vəziyyətdən necə çıxacağını düşünür.
Axı bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri ilə görüşdüyünü demişdi.
“...Ancaq onlar bu faktı mümkün qədər uzun müddət gizlətməyə çalışacaqlar”.
Bunu da Kiva deyib.
Xatırladaq ki, Budanovun Rusiyanın Kiyevə raket hücumu nəticəsində yaralandığı bildirilirdi.
Ukrayna kəşfiyyatında mənbələri olan Rusiya kəşfiyyatının nümayəndəsi bildirib ki, hazırda Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbərinin vəziyyəti ağırdır. Daha sonra Dövlət Kəşfiyyat İdarəsi nümayəndəsi Andrey Yusov Ukrayna mətbuatına açıqlamasında Budanovla bağlı hər şeyin qaydasında olduğunu bildirmişdi.
...İlya Kivanın bu məlumatı haradan əldə etdiyi də sual doğurur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB