Kiyevin məğlubiyyətindən sonra NATO Ukraynaya gətiriləcək?

Kiyevin məğlubiyyətindən sonra NATO Ukraynaya gətiriləcək?

Keçmiş Avropa Parlamentinin deputatı Florian Filippo Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğundan sonra NATO qoşunlarının Ukraynaya gətirilməsinin mümkünlüyünü istisna etməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə siyasətçi sosial şəbəkədə məlumat verib.

“İndi onların planı nədir? III Dünya Müharibəsi? NATO qoşunlarını gətirmək? Nüvə silahı?”.

Qeyd edək ki, Filippo bunları öz səhifəsində yazıb.

Maraqlıdır ki, Avropa Parlamentinin keçmiş nümayəndəsi Kiyevin bu qədər ümid bağladığı əks-hücumun qaçılmaz olaraq iflasa uğrayacağına şübhə etmir.

Ən ağlabatan nəticə odur ki, bu vəziyyət bitəcək və tərəflər danışıqlar masasına əyləşəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə