Kadırov "sağ əli”nin sağ olduğunu iddia edir

Kadırov "sağ əli”nin sağ olduğunu iddia edir

...Top “kadırovçu” Adam Delimxanovun yoxa çıxması ilə bağlı vəziyyət təsdiqlənməsinə baxmayaraq, Çeçenistan lideri Ramzan Kadırovun ümumiyyətlə bununla bağlı heç bir məlumatı yoxdur?

SİA-nın əldə etdiyi məlumata görə, bunu Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Kanal 24”-ə müsahibəsində Delimxanovla bağlı vəziyyəti şərh edərkən deyib.

Həmişə Ukrayna kəşfiyyatınnı verdiyi məlumatlar əsasında fəaliyyət göstərdiyini deyən Podolyak, hər kəsə Müdafiə Nazirliyindən, Ukrayna Silahlı Qüvvələrindən və ya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin obyektiv məlumatlarını nəzərə almağı məsləhət görüb.

Podolyaka görə, çünki onlar 90 faiz yoxlanılmış məlumatlar verirlər.

Beləliklə, nədən danışdığını, eləcə də nə, harada və necə baş verdiyini qətiyyən başa düşməyən insan fenomeni var. Maraqlıdır ki, Ramzan Kadırovu bu tip insanlara şamil edən Podolyak, onu informasiyalardan tamamilə xəbərsiz biri kimi təqdim edir.

Onun sözlərinə görə, Delimxanovun "Ukrayna kəşfiyyatının rəsmi olaraq danışdığı problemlər var". "Bu gün bu problemlərin həcmini dəqiq adlandırmaq mümkün deyil. Çünki müəyyən işlər görülməlidir. Kəşfiyyatımız onları həyata keçirəcək və bu subyektin səhhətinin vəziyyəti ilə bağlı daha obyektiv məlumat əldə edəcək.

Nədir məsələ?

Qeyd edək ki, bir neçə gün əvvəl Çeçenistan liderinin "sağ əli" sayılan Adam Delimxanovun Zaporojye vilayətində öldürüldüyü bildirilib.

...Kadırov isə həmkarı Delimxanovun sağ olduğunu iddia edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə