Ölənlərin sayı 29 nəfərə çatıb

Ölənlərin sayı 29 nəfərə çatıb

Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasının dağıdılması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Region hökumətinin sədri Andrey Alekseenkonun dediyinə görə, Alyoşki şəhərində 12, Novaya Kaxovkada 4, Qolıy Pristanda isə 13 ölü var.

SİA-nın əldə etdiyi məlumata görə, hakimiyyət yaxınlarını itirən hər bir ailəyə lazımi köməklik göstəriləcəyini vəd edib.

Alekseenkonun sözlərinə görə, hər üç zərərçəkmiş ərazidə su axdığı üçün fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tam həcmdə işlərə başlanılıb.

Xatırladaq ki, iyunun 6-na keçən gecə siyirtmələr dağılıb, ardınca Kaxovskaya su elektrik stansiyasının digər binaları da dağılıb. Dağıntı Kaxovka su anbarından suyun nizamsız şəkildə axıdılmasına və Dneprdən aşağı olan Xerson bölgəsinin sahilyanı rayonlarının su altında qalmasına səbəb olub.

Qeyd edək ki, Rusiya və Ukrayna tərəfləri bir-birini su elektrik stansiyasının dağıdılmasında ittiham edib.

Rusiya Federasiyasının İstintaq Komitəsi hücumla bağlı cinayət işi açıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə