Bu arada ABŞ prezidenti Cozef Bayden, Vaşinqtonun Ukraynanın Şimali Atlantika Alyansına qoşulması prosesini sadələşdirməyəcəyini bildirib. Onun sözlərinə görə, Kiyev giriş üçün ümumi şərtlərə əməl etməlidir.
“Bu, avtomatik olaraq baş vermir.
SİA-nın əldə etdiyi məlumata görə, Bayden bunu şənbə günü Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında Ukraynanın NATO-ya qoşulması perspektivinə toxunarkən bildirib.
Eyni zamanda o, Ukrayna öz hərbi imkanlarını nümayiş etdirmək üçün çox işlər gördüyünü də etiraf edib.
Təbii ki, Amerika prezidenti bu sözləri NATO-nun iyulun 11 və 12-də Vilnüsdə keçirilməsi planlaşdırılan illik sammiti ərəfəsində deyib, amma...
“Amerikanın Səsi” qeyd edir ki, cümə günü NATO-nun baş katibi Yens Stoltenberq, Ukraynanın sammitdə alyansa üzv olmağa dəvət edilməyəcəyini bildirib.
Qeyd edək ki, Şərqi Avropadakı NATO ölkələri Ukraynanın üzvlük əldə etməsi üçün daha aydın yol xəritəsinin yaradılmasına çalışırlar.
ABŞ və Almaniya isə Kiyevin nə vaxtsa alyansa qoşulacağına dair 2014-cü ildə verdiyi vəddən kənara çıxmaq istəmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB