Beləliklə, iyunun 15-də ABŞ Dövlət Departamenti dünyada insan alveri ilə bağlı illik hesabatını dərc edib.
Sənəddə 188 ölkə haqqında məlumat var. 95 səhifəlik hesabatın böyük hissəsi insan alverinin qarşısının alınması və onunla mübarizə üzrə tövsiyələrə həsr olunub.
ABŞ dövlət katibi Entoni Blinken 2022-ci ildə 27 milyon qurbandan yalnız 115,300 nəfərin şəxsiyyətinin müəyyən edildiyini bildirib.
Hesabatda Türkiyənin insan alverinin aradan qaldırılması ilə bağlı standartlara tam cavab verməsə də, lakin bu istiqamətdə ciddi səylər göstərdiyi xüsusi olaraq qeyd edilir.
SİA-nın əldə etdiyi məlumata görə, hesabatda Türkiyədə insan alverinin qurbanlarının əsasən Mərkəzi və Cənubi Asiya, Şərqi Avropa, Azərbaycan və Suriyadan gələn vətəndaşlar olduğu bildirilir.
ABŞ Dövlət Departamenti insan alveri ilə bağlı hesabatında bu problemlə mübarizə aparmaq üçün səy göstərən və kifayət qədər iş görməyən ölkələrin siyahısını açıqlayıb.
Üç kateqoriyadan ibarət olan siyahıda birinci kateqoriya 2000-ci il İnsan Alveri Qurbanlarının Müdafiəsi Aktının bütün standartlarını yerinə yetirən ölkələri, ikinci kateqoriya isə qanunun minimum standartlarına tam əməl etməyən, lakin mühüm əhəmiyyət kəsb edən ölkələri əhatə edir. Qara siyahı kimi tanınan üçüncü kateqoriya minimum standartlara cavab verməyən və ya bunun üçün ciddi səy göstərməyən ölkələri əhatə edir.
Qara siyahıya salınan ölkələr arasında 11 ölkə birbaşa insan alverində ittiham olunur. Bu ölkələr Əfqanıstan, Birma, Çin, Kuba, Eritreya, Şimali Koreya, İran, Rusiya, Cənubi Sudan, Suriya və Türkmənistan kimi göstərilib.
Qeyd edilib ki, qara siyahıya düşən ölkələr üçün sanksiyalar tətbiq oluna bilər və ya Amerika yardımı kəsilə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB