Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində Rusiyanın xarici investorlarla maraqlandığını və onlara xüsusi şərait yaratmağa hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya qapalı ölkə olmaq və qapalı iqtisadiyyatı inkişaf etdirmək fikrində deyil.
“Əlbəttə, biz xarici investorlarla maraqlanırıq, onlara xüsusi imtiyazlı şərtlər təqdim etməyə hazırıq və bunu davam etdirəcəyik”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Peskov bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya lideri Vladimir Putin bir sıra Afrika ölkələrinin rəhbərləri və nümayəndələri ilə görüşündə Rusiyanın Afrika ölkələri ilə əlaqələrin daha da gücləndirilməsinin tərəfdarı olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB