Ukraynanın Donetsk vilayətindəki Yasinuvata şəhərinin meri Dmitri Şevçenko, Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində bir kişinin öldüyünü bildirib.
Bundan başqa, bir qadın da yaralanıb.
“Yasinovataya şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 1961-ci il təvəllüdlü kişi həlak olub. 1969-cu il təvəllüdlü qadın isə yaralanıb”.
Qeyd edək ki, bunu Yasinuvata meri Telegram-da yazıb.
Onu da qeyd edək ki, bundan əvvəl Qorlovkanın meri İvan Prixodko, Ukrayna Silahlı Qüvvələrinin şəhəri atəşə tutması nəticəsində bir aylıq uşağın yaralandığını bilfirib.
SİA bu barədə rus saytlarına istinad edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB