Rusların Ukrayna ərazisindən uşaq deportasiyası davam edir

Rusların Ukrayna ərazisindən uşaq deportasiyası davam edir

Ruslar Berdyansk vilayətindən 300-ə yaxın uşağı Çuvaşiyaya aparmağa hazırlaşırlar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Melitopol şəhərinin sədri İvan Fedorov verib.

“Rusiya mediası 48 uşağın göndərilməsi barədə məlumat yayıb, digərləri isə bir neçə növbə ilə çıxarılacaq”. Dediyimiz kimi, məlumatı şəhər sədri paylaşıb.

Fedorov bildirib ki, ruslar əvvəlcə Ukrayna ərazilərini zəbt edib və uşaqları ən azı Azov dənizindən məhrum ediblər, indi isə körpələri evdən 1600 km uzaqda, Rusiya Federasiyasının dərinliklərinə göndərirlər.

“...Onlar Berdyansk istiqamətində vəziyyəti manipulyasiya etməyə və Rusiya Federasiyasında uşaqları girov kimi saxlamağa davam edəcəklər. Ukraynalı uşaqlar düşmənin ən son düşündüyü şeydir. Onlar üçün bu, şantaj sövdələşməsidir” – deyə Fedorov bildirib.

Bu arada Ukrayna saytlarının yazdığına görə, Ukrayna torpaqlarının işğalından sonra ruslar kütləvi şəkildə uşaqları oradan çıxarmağa başladılar. Hazırda Ukrayna hakimiyyəti 19 453 ukraynalı uşağın Rusiya Federasiyasına deportasiya edilməsindən xəbərdardır.

Qeyd edək ki, müharibədən əvvəl indi işğal olunmuş ərazilərdə 700 minə yaxın uşaq yaşadığı üçün bu rəqəm yəqin ki, daha yüksəkdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə