Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Axim Ştayner Ukraynanın baş naziri Denis Şmıqalla görüşdə ölkənin bərpası üçün 1 milyard dollar toplanılacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Şmıxal özünün Telegram kanalında yazıb.
“BMT-nin İnkişaf Proqramı tərəfdaşları ilə birlikdə Ukraynanın bərpası üçün 1 milyard dollar toplayır. Bu barədə Kiyevdəki görüşümüz zamanı BMT-nin İnkişaf Proqramının rəhbəri Acim Steiner məlumat verib”. dedi.
Şmıxal qeyd edib ki, söhbət zamanı köçürülən müəssisələrin, kiçik və orta biznesin dəstəklənməsi məsələsi qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB