"Moskva konstruktiv dialoqa hazırdır"

"Moskva konstruktiv dialoqa hazırdır"

Moskva ədalət prinsipləri əsasında sülh bərqərar etmək istəyən hər kəslə konstruktiv dialoqa hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması təşəbbüsünü şərh edərkən deyib.

“Biz ədalət prinsipləri əsasında və tərəflərin qanuni maraqları nəzərə alınmaqla sülh istəyən hər kəslə konstruktiv dialoqa açığıq”, - deyə dövlət başçısı Sankt-Peterburqda Afrika ölkələrinin nümayəndələri ilə görüşü zamanı vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Putin Afrika ölkələrinin Ukrayna münaqişəsinə balanslı yanaşmasının tərəfdarı olduğunu bildirmişdi.

Yeri gəlmişkən, Cənubi Afrika Respublikasının prezidenti Cyril Ramafosa, Arfrikanın münaqişənin həll planının 10 bənddən ibarət olduğunu bildirib. Təşəbbüsün əsas komponenti münaqişənin diplomatik kanallar vasitəsilə danışıqlar yolu ilə tezliklə həllidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə