Müxalif siyasətçiyə hücum edən həbs edilib

Müxalif siyasətçiyə hücum edən həbs edilib

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Qırçı – Daha Azadlıq” partiyasının lideri Zurab Caparidzeyə hücum edən şəxsi saxlayıblar.

SİA-nın xəbərinə görə. bu barədə “İnterpressNews”a partiya üzvü Ana Kuraşvili məlumat verib.

Kuraşvilinin dediyinə görə, Zurab Caparidzeyə hücum edənin həbsi barədə yerli polis məlumat verib. Hazırda müxalif siyasətçiyə hücum edənin şəxsiyyətini müəyyən etmək üçün Qori polisinə aparıblar.

Xatırladaq ki, bu gün, iyunun 17-də Zurab Caparidze Qoridə, Smart mağazasının yaxınlığında hücuma məruz qalıb. Hücum nəticəsində Caparidze göz nahiyəsindən xəsarət alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə