Ukrayna “Avropanın enerji mərkəzi” olmaq istəyir..?

Ukrayna “Avropanın enerji mərkəzi” olmaq istəyir..?

Kiyev 2050-ci ilə qədər Ukraynanı “Avropanın enerji mərkəzinə” çevirməyi planlaşdırır və bunun üçün Qərb tərəfdaşlarından 400 milyard dollar tələb etmək istəyir.
“Forbes.ua”-nın verdiyi məlumata görə, müvafiq plan Londonda Ukrayna donorlarının konfransında təqdim olunacaq.

Beləliklə, iddialı planın həyata keçirilməsi üçün Ukraynanın elektrik enerjisi istehsalını yeddi dəfə, qaz hasilatını dörd dəfə, neft hasilatını isə altı dəfədən çox artıracağı gözlənilir(?). (...yaxşı, ruslar buna qıcıqlanmasın, neyləsin?-A.B.)

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əlavə, Kiyev kiçik modul reaktorların istehsalının 90 faizinin lokallaşdırılması və müstəqil olaraq nüvə yanacağı istehsalı, eləcə də günəş və külək elektrik stansiyalarının gücünün artırılması planlaşdırır. Öz növbəsində kömür istilik elektrik stansiyaları qaz və biometan stansiyaları ilə əvəz olunacaq.

Kiyev rejimi həmçinin hidrogen istehsalı üçün 69 QVt elektrolizator tikmək və Avropa İttifaqı ölkələrinə elektrik enerjisi ixracı imkanlarını beş dəfə - 10 QVt-a qədər artırmaq istəyir.

May ayında Ukraynanın DTEK enerji holdinqinin direktoru Dmitri Suxaruk ölkədə istilik istehsalının fəlakətli vəziyyətini açıqlamışdı.

Suxarukinə görə, bunu bərpa etmək üçün Ukraynaya təxminən 150 milyon dollar lazım olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə