... Bəs, hanı bunların tərifli tankları?
Bu arada “The Guardian”ın məlumatına görə, Rusiyanın silahlı qüvvələri tank çatışmazlığı ilə üzləşiblər.
Ukrayna isə əks-hücumla irəliləyir.
SİA-nın əldə etdiyi məlumata görə, Qərbi Sibirdəki hərbi zavoda səfəri zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Ukraynaya böyük itkilər yaşatmaqdan ötrü zirehli texnika istehsalının artırılmasına ehtiyac olduğunu bildirib.
Şoyqu bildirib ki, tankların istehsalının artırılması xüsusi hərbi əməliyyat keçirən Rusiya qüvvələrinin ehtiyaclarını ödəmək üçün lazımdır.
Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçiləri ruslar üçün “aclıq oyunları” keçiriblər.
Maraqlıdır ki, Şoyqunun dedikləri həm də daha əvvəl Rusiya silahlı qüvvələrinin dəqiq idarə olunan hərbi sursatlar, rabitə vasitələri, təyyarələr, pilotsuz uçuş aparatları və s. olmadığını bildirən Rusiya prezidenti Vladimir Putinin sözləri ilə səsləşir.
Bu arada Ukrayna saytlarının yazdığına görə, genişmiqyaslı işğalın başlanğıcından bəri Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus təxminən 29 000 ədəd texnikanı, elə o cümlədən 4000-ə yaxın tankı məhv edib.
...Deyim ki, bu arada Ukrayna üçün “Leopard 2” tanklarının əlavə tədarükü Danimarka və Hollandiya tərəfindən maliyyələşdirilən “Rheinmetall” tərəfindən həyata keçirilməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB