...Şənbə günü gecə, iyunun 17-də Belqorodun mərkəzindəki yaşayış binasının damında yanğın baş verib, Baş verən yanğına görə, binanın sakinləri təxliyə edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hələ ki, yanğında “Ukrayna barmağı” olduğu barədə bir söz deməyib.
Şəhərin Müqəddəs Üçlük Bulvarındakı evin damının yanıb. Qladkovun sözlərinə görə, yanğın damda yerləşən qazanxanada baş verib və yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.
Belqorod meri Valentin Demidov da Teleqram kanalında məlumat paylaşaraq bildirib ki, ev sakinləri təhlükəsiz məsafəyə təxliyə edilib, yanğınsöndürənlər və xilasedicilər yuxarı mərtəbələrdəki tüstülənmiş mənzillərdən “yan keçiblər”.
Daha sonra qubernator Vyaçeslav Qladkov Belqorodda çoxmərtəbəli binada baş verən yanğının söndürüldüyünü bildirib. Söndürmə işlərinə 78 nəfər və 28 texnika cəlb olunub. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Rayon rəhbəri qeyd edib ki, hadisənin səbəbləri araşdırılır. Dəymiş ziyan qiymətləndirildikdən sonra zərər çəkmiş binalar və qazanxana bərpa olunacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB