NATO ölkələri alyansın yeni müdafiə planları ilə bağlı razılığa gələ bilməyib
Bu arada NATO-nun müdafiə nazirləri Rusiyanın hərbi istəklərinə qarşı çıxmaq üçün yeni planlar barədə razılığa gələ bilməyiblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, razılaşmalar Türkiyə nümayəndə heyəti tərəfindən əngəllənib.
NATO-nun baş katibi Yens Stoltenberq, nazirlərin Soyuq Müharibə bitdikdən sonra və Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ilk dəfə birgə müdafiə planlarını nəzərdən keçirdiklərini deyib.
Onun dediyinə görə, Brüsseldə keçirilən iki günlük görüşdə bu planlar üzrə qarşılıqlı razılaşmaya doğru “hərəkət etmək” mümkün olub.
Bununla belə, diplomatlardan biri bildirib ki, Türkiyə coğrafi adların, xüsusən də Kipr xəritəsindəki bir sıra toponimlərin “səhv yazılmasına” görə ümumi sazişin qəbuluna mane olub. Diplomatın sözlərinə görə, iyulun ortalarında Vilnüsdə keçiriləcək NATO sammitinə qədər bu məsələnin həllini tapmaq imkanı hələ də qalır.
Türkiyənin NATO-dakı nümayəndəsi NATO-nun məxfi sənədi ilə bağlı şərh verməyin yanlış olacağını bildirərək, “müttəfiqlər arasında adi məsləhətləşmələr və qiymətləndirmə mübadiləsi davam etdiyini” əlavə edib.
Qeyd edək ki, regional planlar adlanan - bir neçə min səhifəni əhatə edən məxfi sənədlər - Rusiyanın hücumu zamanı NATO alyansının hərəkətlərinin ətraflı təsvirini ehtiva edir.
...NATO qoşunları Əfqanıstan və İraqda daha kiçik hərbi kampaniyalarda iştirak etdiyi və postsovet Rusiyasının Qərb üçün heç bir ekzistensial təhlükə yaratmadığı onilliklər ərzində təşkilat genişmiqyaslı müdafiə planları hazırlamayıb.
Bunu isə “Reuters” yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB