Kanadada əhali sayı artımında rekord hədd...

Kanadada əhali sayı artımında rekord hədd...

...Miqrantlar və digər amillər sayəsində Kanada əhalisinin sayı rekord həddə- 40 milyon nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kanadanın Statistikası məlumat yayıb.

Keçən il əhalinin artımı 66 il əvvəl “baby bumu” zamanı qeydə alınan rəqəmi üstələyib. Yeni rekord iyunun 16-da təxminən 15:00-da qeydə alınıb.

Qeyd edək ki, Kanada G7 ölkələri ilə müqayisədə bir il ərzində ən çox insan artımı olan ölkə kimi “tarixə düşə bilər”.

Yeri gəlmişkən, ötən il əhalinin illik artımı 2,7 faiz olub. Mütəxəssislər bu artımı miqrantların gəliş nisbətlərinin yüksək olması ilə əlaqələndirirlər.

Onu da qeyd edək ki, qarşıdakı 20 il ərzində Kanada əhalisinin rekord həddə - 50 milyona çatacağı gözlənilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə