Rusiya prezidenti Vladimir Putin ölkəsinin Belarusda taktiki nüvə silahlarının ilk partiyasını yerləşdirdiyini və silah təhvilinin yayın sonuna qədər başa çatacağını bildirib. SİA xəbər verir ki, Putinin sözlərinə görə, Rusiya dövlətinə təhlükə yaranarsa silahlardan istifadə olunacaq.
ABŞ hökuməti bildirir ki, Kremlin Ukraynaya hücum üçün Nüvə Silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur. ABŞ dövlət katibi Antoni Blinken Putinin çıxışından sonra deyib: “Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmürük”. Belarus Rusiyanın mühüm müttəfiqidir və Putinin ötən ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsində mühüm rol oynayıb. Rusiya taktiki nüvə başlıqları baxımından digər nüvə arsenalından daha zəifdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB