Hindistanın şimalındakı Uttar Pradeş ştatında son 2 gündə 34 nəfər istilər səbəbindən həyatını itirib. SİA xəbər verir ki, Uttar Pradeşdəki ölümlərdən sonra səhiyyə rəsmiləri istilərlə bağlı xəbərdarlıq ediblər.
Hindistan Meteorologiya Departamenti (IMD) Ballia bölgəsində temperaturun mövsümi normaların üzərində 42,2 dərəcəyə yüksəldiyini açıqlayıb. Həkimlər bildiriblər ki, əyalətdə son 2 gündə 34 nəfərin öldüyü istilər səbəbindən yaşı 60-dan yuxarı olanlar çölə çıxmasın. Həyatını itirənlərin 60 yaşdan yuxarı olduğu və istilərin mövcud xəstəliklərin artmasına səbəb ola biləcəyi bildirilib. Aprel, may və iyun aylarının ümumiyyətlə isti keçdiyi Hindistanda son illərdə havaların istiliyinə görə çox daha ciddi təsirlər müşahidə olunur. İsti dalğalar tez-tez su çatışmazlığına səbəb olur və milyonlarla insana təsir edir.
Qərbi Maharaştra əyalətinin Navi Mumbay şəhərində apreldə keçirilən mərasimə qatılan 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib. Digər tərəfdən, Hindistan, Banqladeş, Tayland, Filippin, Vyetnam və Laos da daxil olmaqla, region ölkələrində də rekord temperatur müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB