Çində kömür mədənində işçiləri daşıyan mexanizmdə qəza baş verib. SİA xarici mətbuata istinadla bildirir ki, qəzada 3 işçi həyatını itirdi. İyunun 15-də kömür mədəninin tunel şaxtasında nəqliyyat qəzası baş verib. Qəzada 3 işçi həyatını itirərkən, bir çox işçi yüngül olmaqla yaralanıb. Dövlət tərəfindən idarə olunan China Coal Energy Co. Ltd-ə məxsus mədəndə yaxşılaşdırılması üçün istehsalı dayandırmaq istəndi. Mədənin illik istehsal gücü 1,2 milyon tondur və polad istehsalı üçün əsasən daş kömür çıxarır. Mədəndə fövqəladə xilasetmə işləri başa çatıb. İşin istintaqı davam etdirilir. İyun ayı Çində milli iş təhlükəsizliyi ayı hesab olunur. Hökumət təhlükəsizlik və əlaqədar departamentləri, kömür və digər mədən müəssisələrini xüsusilə yay mövsümündə daşqın qəzalarının qarşısını almaq üçün təhlükəsizlik məlumatlılığını gücləndirməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB