Fransa prezidenti Emmanuel Makron dünən Səudiyyə Ərəbistanının baş naziri vəliəhd şahzadə Məhəmməd bin Salman və Tvitterin sahibi İlon Maskla görüşüb. SİA xarici mediaya istinadla bildirir ki, Makron Tvitterdə İlon Maskın görüşü ilə bağlı “Gəlin birlikdə işləyək” mesajını “Fransa seçin” həştəqi ilə paylaşıb. İlon Mask isə 15 iyunda Romada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşdükdən sonra Makronla görüşmək üçün Fransaya gedib.
Fransa prezidenti Makron dünən Parisdəki Yelisey sarayında Səudiyyə Ərəbistanının baş naziri vəliəhd şahzadə Məhəmməd Bin Salman ilə iş yeməyində iştirak edib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi görüşlə bağlı açıqlama verib: “Əlahəzrət Vəliəhd Şahzadə və Fransa Prezidenti Parisdə keçirdikləri görüşdə iki ölkə arasında tarixi və strateji əlaqələrin hər sahədə inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. ümumi maraqlara xidmət edəcək şəkildə”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB