3 azyaşlı oğlunu sıraya düzüb güllələdi

3 azyaşlı oğlunu sıraya düzüb güllələdi

ABŞ-ın Ohayo ştatında 3, 4 və 7 yaşlı 3 oğlunu qətlə yetirən ata cinayəti aylardır planlaşdırdığını etiraf edib. SİA ABŞ mətbuatına istinadla bildirir ki, Klermont qraflığının prokuroru Mark Tekulvenin “Bu, indiyə qədər gördüyüm ən iyrənc, ən dəhşətli cinayətdir” adlandırdığı hadisə yerli mediada olduğu kimi beynəlxalq aləmdə də rezonans doğurub.

Hadisə yerinə gedən polis 3 azyaşlı uşağın cəsədi ilə qarşılaşıb. Müdaxilələrə baxmayaraq, uşaqları xilas etmək mümkün olmayıb və hər üçü hadisə yerində keçinib. Polis həyatını itirən uşaqların kimliyini açıqlamayıb. Ərinin əlindən silahı almağa çalışarkən yaralandığı öyrənilən ana da evdən kənarda tapılıb və hazırda Cincinnati Universiteti Tibb Mərkəzində müalicə olunur.

Adı açıqlanmayan 34 yaşlı qadının həyatı üçün təhlükə olmadığı öyrənilsə də, sağ qalan qızın yaralı olub-olmadığı hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə