“Ukrayna ordusu döyüş meydanında təşəbbüsü ələ alıb” - Ukrayna müdafiə nazirinin müavini

“Ukrayna ordusu döyüş meydanında təşəbbüsü ələ alıb” - Ukrayna müdafiə nazirinin müavini

“Qalib gəlmək üçün uzaqmənzilli silahlara ehtiyacımız var”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq döyüş meydanında təşəbbüsü ələ alıb: “Amma qələbə üçün düşmənə uzaqdan zərbələr endirməliyik. Bunun üçün isə uzaqmənzilli silahlara ehtiyacımız var”.

V.Qavrilovun sözlərinə görə, Ukraynanın bütün hərbi planları hesablamalara uyğun gedir.

Nazir müavini həmçinin vurğulayıb ki, F-16 qırıcı təyyarələrinin yaxın zamanlarda Ukraynaya təhvil veriləcəyinə inanır.

Bütün xəbərlər Facebook səhifəmizdə