Paşinyandan gerb tənqidi: Ağrı dağının bizə nə dəxli?

Paşinyandan gerb tənqidi: Ağrı dağının bizə nə dəxli?

Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı açıqlama verib. SİA xəbər verir ki, Ağrı dağının Ermənistan dövlət gerbinə daxil edilməsini tənqid edən Paşinyan “Bunun indiki Ermənistanla heç bir əlaqəsi yoxdur” deyib.

Paşinyan deyib: "Bizim gerbimizdə nə təsvir olunub? Üzərində Ermənistanın dörd sülaləsinin gerbi var, Ağrı dağında Nuhun gəmisi. Gerbə baxanda ağlıma bir sual gəlir ki, bu nədir? Bunun bizimlə əlaqəsi var?"

Ağrı dağının armadaya daxil edilməsinin “öz torpağımız” anlayışını yaradacağını deyən Paşinyan “Bu, bizi məhv etmək deməkdir” deyib. 1991-ci ildə yeni dövlətin təməli qoyulanda bunun nəyə lazım olduğunu anlamadığını qeyd edən Paşinyan ölkəsini və dövlətini ən çox sevənin özü olduğunu vurğulayaraq, bu cür praktikaların insanların psixologiyasına heç bir töhfə vermədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə