Uqandada məktəbə hücum edildi: 25 ölü, 8 yaralı

Uqandada məktəbə hücum edildi: 25 ölü, 8 yaralı

Uqandanın qərbində Demokratik Alyans Qüvvələrinin (ADF) məktəbə təşkil etdiyi hücumda 25 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA xarici mediaya istinadla bəyan edir ki, terror təşkilatı DAEŞ ilə əlaqəsi olan Uqanda separatçı Demokratik Alyans Qüvvələri (ADF) Konqo Demokratik Respublikası ilə sərhədə yaxın Mpondve qəsəbəsindəki Lhubirira orta məktəbinə hücum edib.

Polis sözçüsü Fred Enanqa açıqlamasında deyib: “ADF üsyançıları tərəfindən Lhubirira orta məktəbində terror aktı həyata keçirilib. Yataqxana yandırılıb, ərzaqlar talan edilib. 25 cəsəd məktəbdən çıxarılaraq Bwera Xəstəxanasına aparılıb. Bundan başqa, xəstəxanada ağır vəziyyətdə olan 8 nəfər var”, - deyə o bildirib.

Polis Enanqa əsgərlərin Konqo Demokratik Respublikasındakı Virunqa Milli Parkına doğru qaçan hücumçuları təqib etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə