ABŞ prezidenti Co Bayden, silahlı zorakılığın qarşısının alınması üçün silah sənayesinin məsuliyyət daşıması lazım olduğunu ifadə edərək, "Silah sənayesini məğlub edəcəyik"-dedi. SİA xəbər verir ki, ABŞ prezidenti Co Bayden Konnektikutda Hartford Universitetində Təhlükəsiz İcmalar üzrə Milli Sammitdə çıxış edib.
Ötən il Demokratik Partiya və Respublikaçılar Partiyası tərəfindən qəbul edilən "silaha nəzarət qanununun" ildönümündə ölkədə silah zorakılığına qarşı atdıqları addımlardan danışan Bayden, bu qanunun ABŞ-da atılan ən mühüm addımlardan biri olduğunu söylədi. İlk dəfə silah alverini federal cinayətə çevirdiklərini bildirən Bayden silah lobbilərini də hədəfə alıb. Silah sənayesinin məqsədinin yalnız qazanc əldə etmək olduğunu qeyd edən Bayden onların məsuliyyətə cəlb edilməsi lazım olduğuna diqqət çəkdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB