“Cənab Sidr”i içib ölən 36 nəfər arasında uşaq da var

“Cənab Sidr”i içib ölən 36 nəfər arasında uşaq da var

...“Cənab Sidr” surroqat spirtli içkisindən zəhərlənənlərin sayı artaraq 106 nəfərə çatıb. Onlardan biri uşaq olmaqla 36 nəfər dünyasını dəyişib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.

Muraşkonun sözlərinə görə, 19 qurban xəstəxanalarda qalır. Xatırladaq ki, iyunun əvvəlində Rusiyanın bir sıra regionlarının sakinləri, ən çox da Ulyanovsk vilayətində içkidən zəhərlənmə qeydə alınıb.

Və bundan sonra “Rospotrebnadzor” “Cənab Sidr”in dövriyyədən çıxarılması barədə göstəriş verib.

Qeyd edək ki, içki Samara şirkətindəki “Andi” tərəfindən istehsal edilib. “Rospotrebnadzor”un Ulyanovsk departamentindən bildiriblər ki, spirt onun mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər olmadan satılıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mütəxəssisləri “Cənab Sidr”in tərkibində insan sağlamlığı üçün təhlükə yaradan nisbətdə metanol və etil butiratın çirklərini aşkar ediblər.

Polis araşdırma zamanı müəyyən edib ki, tərkibində spirt olan maye Samara Daxili İşlər Nazirliyinin anbarından oğurlanıb. Mənimsəmədə şübhəli bilinən iki samaralı və anbarı mühafizə edən polis serjantı saxlanılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə