Bəzi keçmiş və indiki Rusiya rəsmiləri öz ölkələrinin “ümumi tanınan” sərhədlərinə qayıtmağa çağıran açıq məktub imzalayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu malumat verib.
Məlumata görə, rəsmilər müraciətə səbəb kimi Xerson vilayətində Kaxovka su anbarının dağıdılmasını göstəriblər.
Sənədi Moskva, Sankt-Peterburq, eləcə də Moskva və Leninqrad vilayətlərinin yerli hakimiyyət orqanlarının nümayəndələri imzalayıblar.
Məktubda qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin 2022-ci il fevralın 24-dən sonrakı hərəkətləri fəlakətli hadisələrə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB