Yaponiyanın şimalında güclü zəlzələ baş verib

Yaponiyanın şimalında güclü zəlzələ baş verib

Yaponiyanın şimalında 5,7 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın milli meteorologiya idarəsi məlumat yayıb.

Zəlzələnin episentri Hokkaydo adasının cənub sahillərində təxminən 20 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə