Saxta içkidən 14 nəfər öldü

İranda 95 nəfər saxta spirtli içkidən zəhərlənib. SİA yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Əlburz vilayətinin Kərəc şəhərində baş verib.

Bildirilir ki, zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib, onlardan 14-ü ölüb.

Saxta içkiləri satan 4 satıcısı aşkar edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə