Onlar göndərsinlər, biz də yandırarıq və görək sonra nə edəcəklər...

Onlar göndərsinlər, biz də yandırarıq və görək sonra nə edəcəklər...

ABŞ prezidenti administrasiyasında başqaları "otursaydı", bu halda Ukraynadakı münaqişə sülh planına uyğun gedə bilərdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu təqribi fikirləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Beləliklə, Putinin dediyindən belə başa düşülür ki, əgər ABŞ hakimiyyətində Bayden yox, deyək ki, Tramp olsaydı, bu halda Rusiya üçün işlər “yağ kimi” gedərdi. Və indi ruslar çoxdan gedib Kiyevdə oturmuşdular.

Onun sözlərinə görə, Ukrayna və “digər Qərb paytaxtlarında” bu plandan imtina edilib.

Qeyd edək ki, rusların “Kommersant” nəşri Putinin bu deyimində çox güman ki, söhbətin 2021-ci ilin dekabrında Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı, Rusiya və NATO arasında baş tutan danışıqlardan getdiyini yazır.

Putinin sözlərinə görə, hazırda Rusiya və Amerika rəsmiləri arasında heç bir əlaqə yoxdur. Lakin o əlavə edib ki, Rusiya ABŞ-la dialoqdan imtina etmir. Putin vurğulayıb ki, Vaşinqton sadəcə olaraq bu dialoqu silah təchizatı sahəsinə keçirib.

... Heç eyibi yox, qoy, onlar Ukraynaya silah-sursat göndərsinlər, biz də hər şeyi yandırarıq və görək ondan sonra nə edəcəklər.

Qeyd edək ki, Putinin dediklərindən təxminən bu alınır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə