O vaxt, hələ müharibənin ilk ilində ən azı 11 863 rus Rusiya ilə birbaşa həmsərhəd olan Avropa İttifaqı ölkələrinə mühacirət edib. Bu, son 10 ilin orta göstəricisindən təxminən iki dəfə çoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, rəqəmləri “Layout” nəşri Şengen ölkələrinin statistik xidmətlərinin məlumatlarını təhlil edərək təqdim edir.
Beləliklə, nəşr Finlandiya, Litva, Latviya, Estoniya və Norveç üzrə məlumatları müqayisə edib. Qeyd edək ki, mühacirlərin əksəriyyəti, təxminən 6003 nəfəri Finlandiyaya köçüb. İkinci yerdə Litva qərarlaşıb - 2188 nəfər. 1918 Rusiya vətəndaşı Estoniyanı, 924-ü Latviyanı, 830 nəfəri isə Norveçi yeni yaşayış yeri kimi seçib.
Onu da qeyd edək ki, Avropa İttifaqı ölkələrindən olan Polşa Rusiya ilə həmsərhəd olsa da, lakin onun statistik xidmətləri hələ 2022-ci il üçün hesabat dərc etməyib.
Ümumilikdə, Ukraynada müharibə başlayandan sonra yüz minlərlə vətəndaş Rusiyanı tərk edib. İlk gediş dalğası hərbi işğalın başlamasından qısa müddət sonra - 2022-ci ilin fevral və mart aylarında baş verib. Buna bir çox rusların Kremlin siyasəti ilə razılaşmaması və siyasi repressiyaların güclənməsi səbəb olub. Mühacirətin ikinci dalğası ötən ilin sentyabrında prezident Vladimir Putinin rusların Ukraynadakı müharibəyə səfərbər olunduğunu elan etməsi ilə başlayıb. Sonra çağırış yaşında olan kişilər Rusiyanı tərk etməyə başladılar, özü də çoxları ailələri ilə birlikdə.
Etiraf edilməlidir ki, Avropa İttifaqı ölkələri ilə yanaşı, Gürcüstan, Ermənistan və Mərkəzi Asiya ölkələri də rusların mühacirət məkanına çevrilməkdədir.
Maraqlıdır ki, rusların mühacirəti ilə bağlı danışan Putin, bu məsələdə müsbət cəhətlər olduğun deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB