Rusların xarici agentlər reyestri bir az da “şişdi”

Rusların xarici agentlər reyestri bir az da “şişdi”

Ədliyyə Nazirliyi rejissor Vitali Manskini də xarici agentlərin reyestrinə daxil edib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq mesaj idarənin saytında yerləşdirilib.

Qeyd edək ki, Vitali Manski rus və latviyalı sənədli kinorejissor, kinoprodüser və ictimai xadimdir. O, həmçinin “Artdocfest” beynəlxalq müəllif sənədli filmləri festivalının, qeyri-bədii filmlər və televiziya sahəsində “Laurel Branch” Milli Mükafatının rəhbəridir.

Xarici agentlərin reyestrinə həmçinin siyasətçi Lev Şlosberq, iqtisadçı Sergey Aleksaşenko, jurnalistlər Svetlana Prokopieva və Yuliya Paramonova da daxil ediliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə