İçkinin qadağan edildiyi ölkədə saxta spirtli içkidən 95 nəfər zəhərlənib, 14-ü ölüb
Bu da sənə İran...

İranın Əlburz vilayətinin Kərəc şəhərində saxta spirtli içkidən 95 nəfər zəhərlənib.

SİA-nın əldə etdiyi məlumata görə, saxta spirtli içkilərin 4 əsas satıcısı müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.

Xəstəxanaya yerləşdirilənlərdən 14-ü ölüb.

Qeyd edək ki, İranda spirtli içki saxlamaq və ya içmək qanunsuzdur.

Bu qanunu pozanlar həbs oluna, hətta edam cəzasına məhkum edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə