Fransada güclü zəlzələ olub

Fransada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 277 min insanın yaşadığı Nant şəhərindən 127 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələ ocağı yerin 12 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə