“F-16” təyyarələrini də alman “Leopard” tankları kimi “yandıracağıq”

“F-16” təyyarələrini də alman “Leopard” tankları kimi “yandıracağıq”

...Əgər Qərb Kiyevə “F-16” təyyarələri tədarük etsə, Rusiya “ağına-bozuna baxmadan” bu təyyarələri elə Ukrayna ərazisindəcə məhv edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın bu məsələ ilə bağlı sualını cavablandırarkən bildirib.

Kreml sözçünün sözlərinə görə, qırıcılar Ukrayna ərazisində fəaliyyət göstərsələr, o zaman onlar da bütün digər xarici hərbi texnika kimi məhv ediləcəklər.

Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində. Rusiya prezidenti Vladimir Putin, əgər “F-16”-ların Ukrayna Silahlı Qüvvələrində meydana çıxacaqları təqdirdə, alman “Leopard” tankları kimi onları da “yandıracaqlarına” söz vermişdi.

Xatırladaq ki, mayın sonunda ABŞ prezidenti Cozef Bayden Qərbin “F-16” da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlimlərə başlayacağını bildirmişdi.

Onun köməkçisi Ceyk Sullivan əlavə edib ki, Vaşinqton yaxın aylarda həmfikir dövlətlərlə hansı dövlətlərin “F-16” təyyarələrini Kiyevə təhvil verməsini müzakirə edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə