"Bütün bunlar Rusiyanı təxribata çəkmək cəhdidir”.

"Bütün bunlar Rusiyanı təxribata çəkmək cəhdidir”.

Ukrayna Silahlı Qüvvələrinin Kremlə, Moskvaya, Belqorod vilayətinə və Rusiyanın digər bölgələrə hücumları Rusiyanı güclü cavab verməyə təhrik, təxribata çəkmək etmək cəhdidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu -2023-də deyib

Moderatorun suallarını cavablandıran Putin “...bütün bunlar bizi ciddi, güclü hərəkətlərlə cavab verməyə təhrik etmək cəhdidir”-deyə bildirib.

Qeyd edək ki, daha əvvəl Çeçenistanın rəhbəri Ramzan Kadırov “Qərbi-Axmat” batalyonunun döyüşçüləri dövlət sərhədinin mühafizəsi və Belqorod vilayətində Ukraynanın diversiya qruplarına qarşı mübarizədə xidmətə başladıqlarını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə