"Bayden yetkin adamdır, ona öyrətmək mənlik deyil"

"Bayden yetkin adamdır, ona öyrətmək mənlik deyil"

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Cozef Baydeni yetkin və təcrübəli siyasətçi adlandırıb.

“Prezident Bayden yetkin insan və təcrübəli siyasətçidir. Onu öyrətmək mənim üçün deyil. Qoy öz bildiyi kimi etsin”, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya liderı bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

O qeyd edib ki, Rusiya tərəfi Rusiyanın və onun xalqının maraqlarına uyğun olanı edəcək.

“...Və hər kəs bununla hesablaşmalı olacaq” -deyə rusiyalı prezident əlavə edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiyanın təcrid olunmasından yalnız Qərbin danışdığını, inkişaf etməkdə olan ölkələrin isə Moskva ilə dialoqu davam etdirdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə