Mixail Saakaşvili gələcək fəaliyyətinin anonsunu verdi

Sabiq prezident Gürcüstan siyasəti ilə fəal məşğul olmağı planlaşdırır
Mixail Saakaşvili gələcək fəaliyyətinin anonsunu verdi

Bu arada Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili Facebook-da bəyanat yayıb:

“Acariyanın Ali Şurasındakı satqınların paradı son damla oldu... Səhhətimə baxmayaraq, Ukrayna ilə paralel olaraq Gürcüstan siyasətində də çox fəal iştirak etmək niyyətindəyəm. Biz əl-ələ verib Ukraynanın qələbəsini gözləməməliyik, onu yenilikçi və cəsarətli hərəkətlərimizlə fəal şəkildə yaxınlaşdırmalıyıq.

Bu gündən mən fiziki olaraq edə biləcəyim bütün məhkəmə iclaslarında iştirak etmək niyyətindəyəm. Həmişə olduğu kimi, mən bütün milli, anti-Rusiya, Avropa qüvvələrini, o cümlədən ilk növbədə mənim qurduğum Milli Hərəkat partiyasını birləşdirməyə çağırıram”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Saakaşvili yazır.

Yeri gəlmişkən “SOVA”-nın məlumatına görə, bir gün əvvəl, iyunun 15-də Acarıstan Respublikası hökumətinin başçısı Tornike Rijvadze Ali Şurada hesabat təqdim edərkən 2008-ci il müharibəsini “qorxaqcasına məğlub olmuş müharibə” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə