"Gürcüstan Ukraynanı həm siyasi-diplomatik, həm də humanitar sahədə dəstəkləməyə qətiyyətlə davam edir”, -
SİA-nın əldə etdiyi məlumata görə, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkə parlamentində "nazirlər saatı" formatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstanın Ukrayna ilə həmrəyliyi müxtəlif beynəlxalq platformalar çərçivəsində dəfələrlə ifadə olunub və beynəlxalq təşkilatlarda Gürcüstanın Ukraynaya dəstək verdiyi bəyanatların, bəyannamələrin və qərarların sayı 500-ü ötüb.
“Gürcüstanın Ukrayna ilə həmrəyliyi beynəlxalq platformalardakı qəti mövqelərdə, həmmüəlliflikdə, həm qətnamələrin sponsorluğunda, həm də bəyanatlara qoşulmada ifadə olunur. Gürcüstanın beynəlxalq təşkilatlarda Ukraynaya dəstək verdiyi bəyanatların, bəyannamələrin və qərarların sayı 500-ü ötüb”, -deyə nazir bildirib.
Onun sözlərinə görə, Gürcüstanda 20 mindən çox ukraynalı müxtəlif sosial və təhsil proqramları çərçivəsində yardım alıb. Bundan əlavə, Darçiaşvilinin qeyd etdiyi kimi, Gürcüstanda müharibədən zərər çəkmiş ukraynalı uşaqlar üçün əlavə beş reabilitasiya layihəsi həyata keçirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB