“Türkiyə İsveçrədən qanuna hörmətlə yanaşmasını gözləyir”

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Bartın Valiliyinə səfərindən sonra jurnalistlərə açıqlama verərək deyib...
“Türkiyə İsveçrədən qanuna hörmətlə yanaşmasını gözləyir”

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İsveçrənin Sürix şəhərində prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə bayrağına qarşı törədilən təxribatlarla bağlı araşdırmaya başlamağı tələb edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Bartın Valiliyinə səfərindən sonra jurnalistlərə açıqlama verən Y.Tunç deyib: “İsveçrədəki təxribatçı hərəkətlər qəbuledilməzdir. Etirazlar nifrət cinayəti və zorakılıq çağırışıdır. Türkiyənin Xarici İşlər Nazirliyi və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik mövzuya münasibətini bildirib.

İsveçrədəki təxribatları qınayırıq. Bu cür hərəkətlər Avropanın mərkəzin olmamalıdır.

Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində “zorakılığa çağırışlar və hərəkətlər azadlıq sayıla bilməz” yazılır. Ona görə də Avropa İnsan Haqqları Konvensiyasının iştirakçısı və Avropa ölkəsi olan İsveçrə belə aksiyalara icazə verməməlidir. Təəssüf ki, Avropanın başqa ölkələrində də bu nümunələr var.

Türkiyə Xarici İşlər Nazirliyi İsveçrənin Ankaradakı səfirinə lazımi xəbərdarlıqları verdi. İsveçrə səlahiyyətliləri, məhkəmə orqanları hüquqi prosedurları başlayaraq bu hadisələri törədənləri, terror təşkilatı təbliğatı aparanları və buna çağırış edənləri dərhal tutmalı, istintaqa cəlb etməlidir.

Türkiyə İsveçrə hökumətindən qanuna hörmətlə yanaşmasını gözləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə