İraqın şimalındakı Hakurk və Metina bölgələrində təsbit edilən 6 PKK terrorçusu zərərsizləşdirilib.
Təhlükəsizlik qüvvələri ölkə daxildə və sərhəddən kənarda terrorla mübarizəni qətiyyətlə davam etdirir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyi İraqın şimalında 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
"Terrorçular haradadırsa, hədəfimiz oradır. İraqın şimalındakı Hakurk və Metina bölgələrində təsbit edilən 6 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Terrorçuları məhv etmək mövzusunda qətiyyətliyik'',-deyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB