Peterburqda Putinlə BƏƏ prezidenti arasında görüş keçirilib

Peterburqda Putinlə BƏƏ prezidenti arasında görüş keçirilib

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

SİA-nın məlumatına görə, danışıqlar başlamazdan əvvəl dövlət başçıları Forumun ərazisində görüşüb, BƏƏ-nin stendlərinə baş çəkiblər.

Qeyd edək ki, BƏƏ Peterburq iqtisadi forumunun əsas qonağıdır.

Putin BƏƏ prezidenti ilə sonuncu dəfə 2022-ci ilin payızında da Sankt-Peterburqda görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə