Afrika liderləri Zelenski ilə görüşəcək

Afrika liderləri Zelenski ilə görüşəcək

7 Afrika lideri sabah sülh missiyası ilə bağlı Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. SİA BBC-yə istinadən xəbər verir ki, bu görüş afrikalı liderlərin Rusiyaya yola düşməsindən əvvəl baş tutacaq.
Cənubi Afrika və Misir liderlərinin daxil olduğu qrup atəşkəs və sülh danışıqları üçün Zelenski və Putinlə əlaqə saxlamağa razılaşıb. Lakin bu təşəbbüs Kiyevin əks-hücum əməliyyatına başlaması və döyüşlərin güclənməsi zamanı ortaya çıxıb.

Qeyd edək ki, BBC-nin araşdırması müəyyən edib ki, Ukraynada azı 25 min rus əsgəri öldürülüb. Bu məlumat isə Moskvanın açıqladığı rəsmi rəqəmdən dörd dəfə çoxdur.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə