Xersondan 7 525 nəfər köçürülüb

Xersondan 7 525 nəfər köçürülüb

Rusiya Fövqəladə Hallar Nazirliyi Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasından sonra daşqın baş verən Xerson vilayətindən 7 min 525 nəfərin köçürüldüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin bəyanatına əsasən, qurum Xerson ərazisində 1872 bina və 44 ictimai binanı təxliyə edib. Təxliyə fəaliyyətləri başlayandan 461-i uşaq olmaqla 7 525 nəfər köçürülüb. 20 yerləşdirmə mərkəzində 1 764 nəfər qalır. Hərəkət qabiliyyəti zəif olan xəstələr yerli xəstəxanadan evakuasiya edilib və avtobuslarla təhlükəsiz yerə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə