Zelenski əsas şərtini AÇIQLADI

“Müdafiəçilərimiz əks-hücumda uğur qazansa, Rusiya Ukraynaya qarşı müharibəni uduzacaq”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Qəhrəman xalqımız, cəbhə xəttindəki qoşunlarımız çox sərt müqavimətlə üzləşirlər. Çünki Rusiyanın Ukraynadakı bu kampaniyanı (Ukraynalı müdafiəçilərin əks-hücumunu - red.) uduzması, deyərdim ki, əslində, müharibəni uduzmaq deməkdir”, - dövlət başçısı bildirib.

O, həmçinin aydınlıq gətirib ki, indi cəbhə xəttindən gələn xəbərlər “ümumiyyətlə müsbətdir”, amma vəziyyət çox mürəkkəbdir.

Bütün xəbərlər Facebook səhifəmizdə